Menu

header photo

TƏCRÜBƏ KEYFİYYƏT YARADIR

Şirkət

FINADCO maliyyə idarəetməsi, maliyyə konsaltinqi, investisiya təhlili, aktivlərin və biznesin qiymətləndirilməsi, investisiya qiymətləndirməsi, sövdələşmələrin strukturlaşdırılması, kapitalın cəlb edilməsi və s. sahələrdə ixtisaslaşmış müstəqil bir şirkətdir. Biz beynəlxalq qruplara, özəl müəssisələrə, özəl investorlara və dövlət qurumlarına inkişafın hər mərhələsində kömək edirik. Biz yerli və qlobal iqtisadi və sosial inkişafa xidmət edən müstəqil peşəkarlarıq.

Korporativ Yanaşma

Müştərilərimizin problemlərinə özümüzünki kimi yanaşırıq və işlərimizin icmalarına necə təsir edə biləcəyinə diqqət yetiririk.

Biz həmişə müstəqil düşünürük və maliyyə məsləhətçisi kimi müstəqil şəkildə fəaliyyət göstəririk.

Biz yeni və böyük məsuliyyətlər götürməkdən qorxmuruq.

Missiyamız & Baxışımız

Bizim missiyamız müştərilərə maliyyə üzrə peşəkar məsləhət xidmətləri göstərməklə maliyyə göstəricilərinin təkmilləşdirilməsinə kömək etməkdir. Yerli və xarici investorlara cəlbedici məhsullar təklif etməklə və Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsini təşviq etməklə daxili investisiya mühitinin inkişafına töhfə veririk.

Baxışımız - Azərbaycanda ən nüfuzlu və etibarlı yerli konsaltinq markasına çevrilmək üçün ən yaxşı beynəlxalq təcrübəni tətbiq edərək maliyyə üzrə peşəkar məsləhət şirkəti qurmaqdır.

Bizim Dəyərlərimiz

Müştəri yönümlülük
Müştəri məmnuniyyəti bizim üçün hər zaman 1 nömrəli prioritetdir.

Dürüstlük
Biz dürüstlüyün ən yüksək standartlarına riayət edirik və müştərilərimizlə olan bütün əlaqələrimizdə tam şəffaflığı təmin etməyə çalışırıq.

Mükəmməllik
Biz dünya səviyyəli xidmətlər və innovativ məhsullar təklif edirik və işin yüksək keyfiyyətlə aparılmasına məsuliyyət daşıyırıq.

Məsuliyyət
Müştərilərimizə, işçilərimizə və cəmiyyətimizə hörmətlə yanaşırıq, insanlara dəyər veririk, onların inkişafını dəstəkləyirik və işlərini mükafatlandırırıq.

Komandamız

İş fəaliyyətinin səmərəliliyini artırılmaq, risklərin bütün aspektlərinin əhatə edilməsini təmin etmək, investisiya imkanlarını təhlil etmək və ya biznes fəaliyyətini yaxşılaşdırmaq istəyirsinizsə, bizim mütəxəssislərimiz həmişə sizə kömək etməyə hazırdırlar.

Nazim HACIYEV
Nazim HACIYEV Baş İcraçı Direktor (BİD) Tel: (+994 12) 498 11 59 E-mail: nazim.h@finadco.com
Nazim HACIYEV
Nazim HACIYEV Baş İcraçı Direktor (BİD)

Nazim Robinson Biznes Məktəbində (ABŞ, Atlanta) Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsinə və Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndislik üzrə magistr dərəcəsinə yiyələnib. Nazim, uzun illərdir HSBC, Credit Agricole, Morgan Stanley və PwC şirkətlərində Qiymətli Kağızlar Bazarları, İnvestisiya Bankçılığı və Məsləhətləşmə sahəsində rəhbər vəzifələrdə çalışmışdır və böyük regional biznes qrupunu beynəlxalq kapital bazarlarına çıxarma səriştəsi ilə müxtəlif bazarlarda bir çox sahələrdə əhəmiyyətli təcrübə qazanmışdır.

Amil İSMAYILOV
Amil İSMAYILOV Maliyyə üzrə Məsləhət Xidmətləri Meneceri Tel: (+994 51) 229 82 45 E-mail: amil.i@finadco.com
Amil İSMAYILOV
Amil İSMAYILOV Maliyyə üzrə Məsləhət Xidmətləri Meneceri

Amil Azərbaycan Dövlət İqtisad Universitetinin "Qiymətləndirmə" ixtisasını və Moskva Maliyyə Akademiyasının "Biznesin qiymətləndirilməsi" ixtisasını bitirmişdir. Tikinti, enerji, istehsal və kommunikasiya sektorlarında şirkətlərin qiymətləndirilməsi və təhlilində geniş təcrübəyə malikdir. 6 il Paşa Bankda girovlar üzrə menecer və Girovların İdarəedilməsi Şöbəsinin Müdiri vəzifələrində çalışıb. Bu müddət ərzində maliyyə xidmətləri, enerji, tikinti, mehmanxana, mədənçilik və pərakəndə satış sektorınlarda fəaliyyət göstərən şirkətlərin konsaltinq, təhlil, portfelin idarə olunması, monitorinq və qiymətləndirmə sahələrində bir sıra layihələrdə iştirak etmişdir.

Elvin SƏMƏDOV
Elvin SƏMƏDOV Maliyyə üzrə Məsləhət Xidmətləri Meneceri Tel: (+994 51) 250 56 50 E-mail: elvin.s@finadco.com
Elvin SƏMƏDOV
Elvin SƏMƏDOV Maliyyə üzrə Məsləhət Xidmətləri Meneceri

Elvin Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universitetindən Mütəxəssis dərəcəsinə (Magistra ekvivalent) malikdir, Biznesin qiymətləndirilməsi üzrə ixtisaslaşır. Elvin Korporativ maliyyə, xüsusilə qiymətləndirmə və texniki-iqtisadi əsaslandırma üzrə Azərbaycanda, Rusiyada və Gürcüstanda layihələr edib. FINADCO-ya qoşulmazdan əvvəl, Elvin Deloitte-da, Corporate Finance Advisory-də üç ildən çox Baş məsləhətçi kimi işləyib. Əsas sahələrinə sənaye istehsalatı və pərakəndə satış, maliyyə xidmətləri, neft-qaz sənayesi və daşınmaz əmlak daxildir.