TƏCRÜBƏ KEYFİYYƏT YARADIR!

Komandamız

İş fəaliyyətinin səmərəliliyini artırılmaq, risklərin bütün aspektlərinin əhatə edilməsini təmin etmək, investisiya imkanlarını təhlil etmək və ya biznes fəaliyyətini yaxşılaşdırmaq istəyirsinizsə, bizim mütəxəssislərimiz həmişə sizə kömək etməyə hazırdırlar.

Nazim HACIYEV

Baş İcraçı Direktor (BİD)

Nazim, Robinson Biznes Məktəbində (ABŞ, Atlanta) Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsinə və Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndislik üzrə magistr dərəcəsinə yiyələnib. Nazim, uzun illərdir HSBC, Credit Agricole, Morgan Stanley və PwC şirkətlərində Qiymətli Kağızlar Bazarları, İnvestisiya Bankçılığı və Məsləhətləşmə sahəsində rəhbər vəzifələrdə çalışmışdır və böyük regional biznes qrupunu beynəlxalq kapital bazarlarına çıxarma səriştəsi ilə müxtəlif bazarlarda bir çox sahələrdə əhəmiyyətli təcrübə qazanmışdır.
Nazim, AmCham-ın (Amerika Ticarət Palatası) “Bank, Maliyyə və Sığorta” komitəsində və CCIAF-in (Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası) “Vergi, Hüquq Və Maliyyə” komitəsində Sədr müavinidir.

Ülvi HACIYEV

İcraçı Direktor

Ülvi Moskva Aviasiya İnstitutunu Aeronavtika / Aviasiya / Aerokosmika Elm və Texnologiyası ixtisası üzrə bitirmiş və ona Rusiya Maliyyə Bazarlarında – İnvestisiya və Qiymətli Kağızlar işləmək üçün Plexanov Rusiya İqtisadiyyat Akademiyası tərəfindən “Birinci Səviyyə Sertifikatı” verilmişdir. O, karyerası boyu Azərbaycanın Mərkəzi Bankı, Dövlət Neft Fondu və Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasında aparıcı vəzifələrdə işləmişdir. Daha sonra Bakı Fond Birjasını yaradılmasında iştirak etmiş və idarə etmişdir. Ülvi treydinq fəaliyyətinə Moskva Əmtəə Birjasında başlayıb və iyirmi ildən çoxdur ki, Nyu-York Fond Birjası, Çikaqo Ticarət Birjası, Çikaqo Əmtəə Birjası kimi Beynəlxalq Qiymətli Kağızlar və Törəmə Maliyyə Alətləri Bazarlarında aktiv şəxsi treyder və investordur.

Mehman RAMAZANOV

Baş Maliyyə Direktoru

Mehman Xəzər Universitetinin Maliyyə üzrə bakalavr, ABŞ  Denverdə Kolorado Universitetinin MBA dərəcəsinə malikdir və CFA® Proqramının hər 3 səviyyəsini keçib. Korporativ maliyyə, mühasibat və xəzinədarlıq üzrə zəngin təcrübəyə sahib olan Mehman, HSBC Bank-da karyerasına başlamış, sonradan maliyə sahəsində rəhbər vəzifələrində Azərbaycan, Sinqapur və Kanadadaki  müxtəlif beynəlxalq şirkətlərdə çalışmışdır.

Səbinə HƏSƏNOVA

Hüquq Şöbəsinin Rəhbəri

Səbinə Qafqaz Universitetinin Beynəlxalq hüquq üzrə bakalavr, İstanbul Maliyyə Universitetinin Beynəlxalq Ticarət və EU Hüququ üzrə magistr dərəcəsinə yiyələnmişdir. Səbinə maliyyə hüququ və investisiya şirkətlərinin hüququ sahəsində dərin təcrübə və biliklərə malikdir, karyerası boyu Türkiyədə və Azərbaycanda müxtəlif strukturlarda, o cümlədən, PSG KAPITAL INVESTMENT COMPANY, Newface Bosphorus A.S və Turna Madencılık Petrol urunlerı INS.gıda turızm paz.san. ve tıc.LTD və s. şirkətlərdə hüquq üzrə aparıcı vəzifələrdə çalışmışdır.

Amil İSMAYILOV

Maliyyə Məsləhətləri üzrə Menecer

Amil Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymətləndirmə” ixtisasını və Moskva Maliyyə Akademiyasının “Biznesin qiymətləndirilməsi” ixtisasını bitirmişdir. Tikinti, enerji, istehsal və kommunikasiya sektorlarında şirkətlərin qiymətləndirilməsi və təhlilində geniş təcrübəyə malikdir. 6 il Paşa Bankda girovlar üzrə menecer və Girovların İdarəedilməsi Şöbəsinin Müdiri vəzifələrində çalışıb. Bu müddət ərzində maliyyə xidmətləri, enerji, tikinti, mehmanxana, mədənçilik və pərakəndə satış sektorınlarda fəaliyyət göstərən şirkətlərin konsaltinq, təhlil, portfelin idarə olunması, monitorinq və qiymətləndirmə sahələrində bir sıra layihələrdə iştirak etmişdir.

Elvin SƏMƏDOV

Maliyyə Məsləhətləri üzrə Menecer

Elvin Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universitetindən Mütəxəssis dərəcəsinə (Magistra ekvivalent) malikdir, Biznesin qiymətləndirilməsi üzrə ixtisaslaşır. Elvin Korporativ maliyyə, xüsusilə qiymətləndirmə və texniki-iqtisadi əsaslandırma üzrə Azərbaycanda, Rusiyada və Gürcüstanda layihələr edib. FINADCO-ya qoşulmazdan əvvəl, Elvin Deloitte-da, Corporate Finance Advisory-də üç ildən çox Baş məsləhətçi kimi işləyib. Əsas sahələrinə sənaye istehsalatı və pərakəndə satış, maliyyə xidmətləri, neft-qaz sənayesi və daşınmaz əmlak daxildir.

Orxan RÜSTƏMOV

Maliyyə Məsləhətləri üzrə Analitik

Orxan bakalavr təhsilini Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasında aldıqdan sonra hazırda Maliyyə Menecmenti ixtisası üzrə magistr təhsili alır. Orxan bank və investisiya fondunda, Biznesin və Daşınmaz Əmlakın qiymətləndirilməsi üzrə təcrübə qazanıb. Orxan DAAD proqramı çərçivəsində Deutsche Bundesbank və BaFin də treyninqdə iştirak edib. Orxan hazırda FINADCO-da Maliyyə Analitikidir.

Nigar QULAMOVA

Maliyyə Məsləhətləri üzrə Menecer

Nigar bakalavr təhsilini Bakı Mühəndislik Universitetinin Biznesin İdarə Edilməsi ixtisası üzrə bitirmişdir. Nigar iştirak etdiyi “Stock Pitch” və “CFA Research Challenge” kimi yarışmalarda Biznesin qiymətləndirilməsi, maliyyə modelinin qurulması və prezentasiyaların hazırlanması üzrə təcrübə və biliklərə yiyələnmişdir. Nigar Azərbaycan Dövlət Neft Fondunda yay təcrübə proqramı çərçivəsində İnvestisiya sahəsi üzrə təcrübə keçmişdir. Nigar hazırda FINADCO-da Maliyyə Analitiki olaraq çalışır və bu müddətdə Biznesin və Daşınmaz Əmlakın qiymətləndirilməsi layihələrində iştirak etmişdir.

Nobel pr. 25E, Bakı Ağ Şəhər Ofis Binası, Bakı AZ1025, Azərbaycan | Telefon:  +994 12 404 32 24 | E-mail: info@finadco.com

2020 © Financial Advisors Co. CJSC. Bütün hüquqlar qorunur.