TƏCRÜBƏ KEYFİYYƏT YARADIR

Rəhbərlik

Bizim idarəedici komandamız müştərilərimizin uğurlarına istiqamətlənmiş müfəssəl analitik bacarıqlara və strateji səriştəyə malik təcrübəli ekspertlərdən təşkil olnumuşdur. Biznesin göstəricilərini yaxşılaşdırmaq, riskləri minimallaşdırmaq, investisiya imkanlarını dəyərləndirmək və ya biznesini genişləndirmək niyyətindəsinizsə, bizim ekspertlərimiz Sizə yardım etməyə hazırdır.

Aydin Qaralov

Təsisçi

Aydın Qaralov FINADCO şirkətinin təsisçisidir və maliyyə sektorunda 8 ildən artıq geniş təcrübəyə malik peşəkar maliyyə mütəxəssisidir. Aydın Qaralov FINADCO-nun uzunmüddətli biznes strategiyasına, həmçinin əməliyyatlara nəzarət funksiyasına daxil olan proseslərin optimallaşdırılmasına və icraçı komandanın idarəolunmasına rəhbərlik edir. Onun əsas məqsədi şirkətin missiyasına uyğun olaraq müştərilərə yüksək keyfiyyətli xidmət göstərilərək onlara dəyər qazandırmağa nail olmaqdır.

Aydın Qaralov Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) treyder olaraq sabit gəlirli qiymətli kağızlar və pul bazarları portfelinə daxil olan pul bazarı alətləri və borc öhdəliyi məhsulları (məsələn, SSA istiqrazları və qlobal suveren sabit gəlirli maliyyə instrumentləri) idarəedilməsi üzrə geniş investisiya və aktivlərin idarəedilməsi təcrübəsinə malikdir. Bundan öncə Aydın Qaralov ARDNF-də Aparıcı Daxili Auditor olaraq fəaliyyət göstərmişdir.

Aydın Qaralov Xəzər Universitetində Bakalavr təhsili almış və Esseks Universitetində (Birləşmiş Krallıq) magistr dərəcəsinə yiyələnmişdir.

Elnur Fətullayev, CFA

Baş İcraçı Direktor (BİD)

Elnur Fətullayev Avstraliya və Azərbaycan bazarlarında maliyyə xidmətləri üzrə əhəmiyyətli təcrübəyə malik olan peşəkar maliyyə mütəxəssisidir.

CFA sertifikasiyasının sahibi və Avstraliya Milli Universitetindən “Tətbiqi Maliyyə” proqramının magistr dərəcəsi məzunu kimi, Elnur Fətullayev Deloitte Avstraliyada ən sonuncu vəzifəsi olan baş menecer kimi iri qlobal institusional investorlara, təqaüd fondlarına və digər böyük şirkətlərə etibarlı məsləhətçi rolunda çıxış etmişdir.

Onun müxtəlif maliyyə xidməti sahələrində olan təcrübəsi ilkin bazar təklifi üzrə (“IPO”) məsləhəti, satınalmalar üzrə məsləhət, investisiya və aktivlərin qiymətləndirilməsi, audit və maliyyə hesabatlarını əhatə edir.

Elnur Fətullayev həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsili alıb. O, Azərbaycanda bank, kənd təsərrüfatı və neft və qaz sektorunda dəyərli təcrübə qazanmışdır. Belə ki, Azərbaycanda yerli ticarət banklarından birində “Audit şöbəsinin rəhbəri” və məsləhət xidmətləri üzrə Böyük 4-lük şirkətlərindən biri olan EY (Ernst and Young) Bakı ofisində “Əminlik xidməti” üzrə qrup rəhbəri kimi fəaliyyət göstərib.

Nazim Hacıyev

İcraçı Direktorun müşaviri

Nazim Hacıyev maliyyə sektorunda 20 ildən çox geniş təcrübəyə malikdir. Nazim Hacıyev, uzun illər HSBC, Credit Agricole, Morgan Stanley və PwC şirkətlərində Qiymətli Kağızlar Bazarları, İnvestisiya Bankçılığı və Məsləhətləşmə sahəsində rəhbər vəzifələrdə çalışmışdır. Böyük regional biznes qruplarından birini beynəlxalq kapital bazarlarına çıxarma səriştəsi ilə Nazim Hacıyev müxtəlif bazarlarda bir çox sahələrdə əhəmiyyətli təcrübə qazanmışdır.

Nazim Hacıyev, Robinson Biznes Məktəbində (ABŞ, Atlanta) Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsinə və Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndislik üzrə magistr dərəcəsinə yiyələnib. O, AmCham-ın (Amerika Ticarət Palatası) “Bank, Maliyyə və Sığorta” komitəsində və CCIAF-in (Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası) “Vergi, Hüquq Və Maliyyə” komitəsində Sədr müavinidir.

Azad Məmmədov

İcraçı Direktorun müşaviri

Azad Məmmədov maliyyə sektorunda 10 ildən artıq geniş təcrübəyə malik peşəkar maliyyə və investisiya mütəxəssisidir. Azad Məmmədovun Şimali Amerika, Avropa, Avstraliya və Asiya ölkələrində Neft və Qaz sektoru layihələri üzrə maliyyə, Əmtəə və Enerji Ticarəti üzrə maliyyə, həmçinin İnvestisiyaların İdarəedilməsi üzrə məsləhət xidmətləri sahəsində geniş beynəlxalq təcrübəsi ona müştərilərimizin problemlərinə ən yaxşı fərdi həllər təklif etmək imkanı yaradır.

Azad Məmmədov Biznes Menecmenti üzrə bakalavr (“Əşton Kolleci” – Kanada, AMUB – Bolqarıstan) və Maliyyə üzrə Magistr (“Ceyms Kuk Universiteti” – Sinqapur və “Qrifiz Universiteti – Avstraliya) dərəcələrinə, həmçinin Maliyyə Planlamsı üzrə Diploma sahibdir.

Bülletenimizə abunə olun

Aylıq məlumatlarımızla ən son xəbərlərdən və trendlərdən xəbərdar olun.

* indicates required

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking “Accept All”, you consent to our use of cookies. By continuing to visit our website, you agree to the use of cookies as described in our Cookie Policy.