Biz müştərilərimizin biznes ehtiyaclarına uyğunlaşdırılmış hərtərəfli və yüksək keyfiyyətli bazar araşdıması və texniki iqtisadi əsaslandırma xidmətləri həyata keçirərək onların investisiya qərarlarının verilməsi prosesinə əhəmiyyətli töhvə veririk.
Biz müştərilərimizə biznes və ya aktivlərin alqı-satqısı ilə bağlı geniş maliyyə konsaltinqi xidmət çeşidlərini təklif edirik. Bizim xidmətlərimizə aşağıdakılar daxildir:
Biz daşınmaz əmlak xidmətləri üzrə dünya lideri olan “Colliers International” şirkəti ilə əməkdaşlıq edərək müştərilərimizə daşınmaz əmlak və digər əlaqəli sahələrdə qlobal təcrübə təklif edirik. Bizim xidmətlərimizə aşağıdakılar daxildir:
Biz peşəkar investisiya təqdimatları, maliyyə modelləri və biznes planları hazırlamaqla, həmçinin maliyyə qurumları və fərdi investorlarla danışıqların aparılmasında vasitəçilik etməklə müştərilərimizin investisiya kapitalı cəlb etməsinə yardım edirik.
Biz bütün sənaye sahələrində texniki qiymətləndirmə, monitorinq və xərclərin yoxlanılması daxil olmaqla, müxtəlif məqsədlər üçün (məsələn, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğun ədalətli dəyərin müəyyən edilməsi, Birləşmə və Satınalmalar məqsədi ilə biznesin qiymətləndirilməsi və s.) mürəkkəb aktivlərin və bizneslərin qiymətləndirilməsi xidmətlərini həyata keçiririk.
Biz hədəflədiyimiz bazarlarda və sənaye sahələrində cəlbedici investisiya imkanlarını müəyyənləşdiririk və bu imkanları müntəzəm olaraq müştərilərimizə təqdim edirik.
Bizim uzaqgörən yanaşmamız uzunmüddətli dövrdə müştərilərimiz üçün ən yaxşı nailiyyətlər əldə etməyimizə imkan yaradır. Aşağıda təklif etdiyimiz geniş strategiya və digər konsaltinq xidmətləri sizin uğurunuz üçün yol xəritəsi rolunu oynayacaqdır:
İnvestisiya layihələri və biznes strategiyaları fərdi olaraq inkişaf etdirilir və müştərilərin ehtiyaclarına və şərtlərinə əsasən idarə edilir.
Biz müştəri ilə münasibətdə məxfiliyin vacib olduğuna inanırıq və müştərilərimizlə əlaqəli bütün biznes və fərdi məlumatların tam məxfiliyinə zəmanət veririk.
Bizim müştərilərin istəyinə uyğunlaşdırıla bilən ödəniş paketimiz mövcuddur. Belə ki, biz sabit tarif, müvəffəqiyyət haqqı və mənfəətin bölüşdürülməsi modelləri əsasında xidmət göstərə bilərik.
Bizim yüksək keyfiyyətli xidmət öhdəliyimiz məsləhət xidmətləri üzrə lahiyələrimizin təhvil verilməsi ilə yekunlaşmır. Biz həmçinin müştərilərimizə qatdığımız dəyərin maksimallaşdırılması üçün onlara mütəmadi olaraq layihə sonrası dəstək xidməti təklif edirik.
Aylıq məlumatlarımızla ən son xəbərlərdən və trendlərdən xəbərdar olun.
We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking “Accept All”, you consent to our use of cookies. By continuing to visit our website, you agree to the use of cookies as described in our Cookie Policy.