Menu

header photo

TƏCRÜBƏ KEYFİYYƏT YARADIR

İnvestisiya strategiyası və icrası

Biz müştərilərimiz üçün fərdi investisiya strategiyaları yaradırıq və onların həyata keçirilməsində tövsiyə verməyə və kömək etməyə həmişə hazırıq.

M&A

Müştərilərimizə maliyyə və hüquqi auditin keçirilməsində, qiymətin əmələ gəlməsi üçün danışıqların aparılmasında və əməliyyatların strukturlaşdırılmasında köməklik göstərməklə yanaşı, biznes və ya aktivlərin satışı və ya satınalınması ilə bağlı tam xidmət dəstini təklif edirik.

Aktivlərin İdarə Olunması

Müştərilərimizə maliyyə məqsədlərinə nail olmaqda yardım göstərmək üçün professional aktivlərin idarə olunması xidmətləri təklif edirik.

Sövdələşmə təşəbbüsü və Mənbələrin axtarışı

Biz hədəflədiyimiz bazarlarda və sənaye sahələrində investisiya imkanlarını müəyyənləşdiririk və müntəzəm olaraq müştərilərə cəlbedici investisiya təklifləri təqdim edirik.

Problemli Aktivlərə İnvestisiyalar

Biz maliyyə və ya əməliyyat üzrə çətinliyi olan, defolt və ya müflis vəziyyətdə olan şirkətlərə və ya hökumət qurumlarına problemli aktivlərə investisiyalar haqqında məsləhətlər veririk.

İnvestisiya Təhlili və Tövsiyələr

İstənilən investisiya layihələrini və ya müştərilərimizin ideyalarını təhlil etməyə şadıq və lazımi tövsiyələr verməyə hazırıq.

Aktivlərin və Biznesin Qiymətləndirilməsi

Biz bütün sahələrdə müxtəlif məqsədlər üçün texniki qiymətləndirmə, monitorinq və xərclərin yoxlanılması daxil olmaqla, aktivlərin və biznesin qiymətləndirilməsi üzrə məsləhət xidmətləri təqdim edirik.

Kapitalın cəlb edilməsi

Müştərilərə investisiya təqdimatları, maliyyə modelləri, biznes planları hazırlamaqla və maliyyə qurumları və fərdi investorlarla danışıqların aparılmasında yardım etməklə vəsait cəlb etmələrinə kömək edirik.

Yenidən Qurma/Optimallaşdırma üzrə Məsləhət Xidmətləri

Biz müştərilərimiz üçün müvəffəqiyyətli yenidən qurma strategiyalarını yaratmaqda və həyata keçirməkdə və həmçinin mövcud investisiyaların yenidən qurulmasında və optimallaşdırılmasına kömək etməyə şadıq.

Əməliyyatların Strukturlaşdırılması və Monitorinqi

Biz müştərilərimizə yeni investisiya əməliyyatlarının strukturlaşdırılmasında və həyata keçirilməsində, keçmiş əməliyyatların monitorinqində və qiymətləndirilməsində yardım etməklə onları dəstəkləyirik.

Broker fəaliyyəti

Aktivlərin və ya biznesin alqı-satqısı üzrə sövdələşmələrin bağlanmasını asanlaşdırmaq üçün müştərilərə peşəkar broker xidmətlərini təklif edirik.